Palata Mədəniyyət və Turizm Nazirliyində korrupsiya faktları aşkarladı

  • By admin
  • 20 Dekabr 2016 18:40

hesablaması

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilib.

Gununsesi.info məlumatına görə, iclasda dövlət büdcəsindən Mədəniyyət və Turizm Nazirliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinə dövlət büdcəsindən və Meşələrin Qorunub Saxlanılması və Təkrar İstehsalı Fondundan ayrılan vəsaitlər üzrə xərclərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsindən Ağdaş rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair həyata keçirilmiş nəzarət tədbirləri üzrə hesabatlar müzakirə edilib.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarlarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiya iclasında aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib. İclasda cari məsələlərə də baxılıb.

Gununsesi.info