Pakistanda təyyarə belə düşüb - DƏHŞƏTLİ GÖRÜNTÜLƏR

  • By admin
  • 22 May 2020 22:10

Pakistanın Kəraçi hava limanı yaxınlığında A-320 təyyarəsinin qəzaya düşməsi nəticəsində minimum 90 nəfər dünyasını dəyişib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pakistanın Aviasiya naziri Qulam Sərvər Xan məlumat verib. O bildirib ki, təyyarənin yaşayış evlərinin üstünə düşməsi nəticəsində 5 ev dağılıb və bir neçə avtomobil yararsız hala düşüb.

Pakistanıb Mülki Aviasiya İdarəsindən verilən məlumata görə, göyərtədə 91 sərnişin, 7 ekipaj üzvü olub.

Sind əyalət hökumətinin məlumatına görə, qəza zamanı 2 nəfər sağ qalıb.

Qeyd edək ki, Lahor-Kəraçi reysini həyata keçirən A-320 texniki nasazlıq səbəbindən düşüb. Baş Nazir İmran Xan qəza ilə bağlı tədqiqatların başladıldığını elan edib.

 

 

 

Gununsesi.org