Pakistanda partlayış: 7 ölü, 21 yaralı

  • By admin
  • 17 Fevral 2020 19:11

Pakistanın Kvetta şəhərində partlayış törədilib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər ölüb, 21 nəfər yaralanıb. İlkin məlumata görə, hadisə terror aktıdır. İnsident nümayiş zamanı törədilib.

Təhlükəsizlik xidmətinin əməkdaşları ərazini mühasirəyə alıb və digər yaralıların xilasetmə işləri aparılır.

 

 

Gununsesi.org