Pakistanda əhalinin siyahıya alınması keçiriləcək

  • By admin
  • 13 Mart 2017 17:18

pakistan-bayragi-476129703133775557757
Pakistanda 19 ildən sonra ilk dəfə əhalinin siyahıya alınması keçiriləcək.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Pakistanın informasiya naziri Məryəm Auranqzeb mətbuata açıqlamasında deyib.

M. Auranqzeb bildirib ki, əhalinin siyahıya alınmasına martın 15-də start veriləcək və proses mayın 15-dək davam edəcək.

“Siyahıya alınması prosesi zamanı səhv məlumat verənlər isə ciddi şəkildə cəzalandırılacaqlar” – deyə, o, əlavə edib.

Pakistan ordusunun rəsmi nümayəndəsi Asif Qafur isə əhalinin siyahıya alınması prosesinə 200 min əsgərin cəlb olunacağını deyib.

Xatırladaq ki, Pakistanda əhalinin sonuncu dəfə siyahıya alınması 1998-ci ildə baş tutub və o zaman ölkə əhalisi sayı 180 milyon olub. Qarşıdan gələn siyahıya alma zamanı əhali sayı 200 milyon keçə bilər.

Anar
Gununsesi.info