Pakistan İranla sərhədini açdı

Pakistan İranla sərhədini açdı

Pakistan bu gün (7 mart) səhərdən İranın ixrac etdiyi məhsulların daşınması üçün İran yük maşınlarının Pakistan ərazisinə girməsinə icazə verib.

Bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Bu barədə Gununsesi.org İranın Gömrük Administrasiyasına istinadən məlumat verib.

R.Lətifinin sözlərinə görə, bu icazə İrana məxsus 12 yük maşınının Pakistan ərazisinə keçməsi ilə başlanıb.

Lətifi əlavə edib ki, lazımi yoxlamalardan sonra növbəti 12 yük maşını da bu ölkə ərazisinə keçib.

 “İran gömrüyü yük maşınlarının keçidinin sürətləndirilməsi üçün Pakistan tərəfi ilə danışıqlar aparmaqdadır”,– deyə o qeyd edib.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi ötən gün (6 mart) 4 747 nəfərin yeni koronavirusa yoluxduğunu, 124 nəfərin öldüyünü və 913 nəfərin sağaldığını təsdiqləyib.

İranda koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər.

Gununsesi.org

COMMENTS