Pakistandan Azərbaycanın böyük dəstək: İşğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”i pislədi

  • By admin
  • 30 Mart 2020 15:25

Pakistanın İnsan Haqları üzrə Milli Komissiyasının sədri Əli Nəvaz Çouhan Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ regionunda keçiriləcək qondarma “parlament və prezident seçkiləri”ni pisləyib.

Gununsesi.org-un məlumatına görə, bu barədə Azərbaycanın İslamabaddakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Komissiya sədri bildirib ki, Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında qondarma “seçkilər” keçirməsi beynəlxalq normalara ziddir:

“Mən 2020-ci il martın 31-də Azərbaycanın Ermənistan tərəfindən işğal etdiyi Dağlıq Qarabağ regionunda yaradılmış qanunsuz rejimin qondarma “parlament və prezident seçkiləri”nin keçirilməsini qətiyyətlə pisləyirəm. Mən Azərbaycana dəstək olaraq Pakistan hökumətinə və BMT-yə qoşuluram. Həmçinin, Ermənistanın Xocalıda Azərbaycanın mülki sakinlərinə qarşı törətdiyi soyqırımı aktını bir daha pisləyirəm. Ermənistan öz təcavüzünə və soyqırımına görə məsuliyyət daşıyacaq”.

Gununsesi.org