Xalqın səsini almadan özünü dövlət başçısı elan edən deputata xalq hücum etdi

  • By admin
  • 12 Fevral 2020 14:59

Bir qadının Quaidoyaya su atdığı, ətrafdakıların isə “xain” deyə qışqırdıqları əks olunub

 

Özünü Venesuelada müvəqqəti dövlət başçısı elan edən Xuan Quaido 24 günlük Kolumbiya səfərindən sonra ölkəyə geri qayıdıb.

Gununsesi.org AYNA.az-a istinadən xəbər verir ki, Quadio hava limanında növbə gözləyərkən əhalinin sərt reaksiyası ilə qarşılaşıb.

 

Yayılan görüntülərdə Venesuella hava yollarına məxsus forma geyən bir qadının Quaidoyaya su atdığı, ətrafdakıların isə xain deyə qışqırdıqları əks olunub.

 

Quadio baş verənlərə sosial media vasitəsi ilə aydınlıq gətirib: “Ölkənin bütün siyasi gücləri və vətəndaşlarına səslənirəm. Diktatura heç vaxt bu qədər başsız qalmamışdı. Bu gün hamımızın heç vaxt olmadığı qədər siyasi nizama, inam və etibara ehtiyacımız var”.

 

Qeyd edək ki, Xuan Quadio Venesuela Ali Məhkəməsinin ölkədən çıxmaq qadağasına rəğmən, Terrorla mübarizə üzrə 3-cü beynəlxalq konfransda iştirak etmək üçün yanvarın 19-da Kolumbiyaya səfər etmişdi.

Gununsesi.org