Özbəkistanda 115 min nəfər prezident seçkilərində erkən səsvermədə iştirak edib

  • By admin
  • 03 Dekabr 2016 08:31

ozbak

Özbəkistanda 115 minə yaxın seçici növbədənkənar prezident seçkilərində erkən səsvermədə iştirak edib.

Gununsesi.info-nun “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, seçkilərə on gün qalmış başlayan erkən səsvermə dekabrın 2-də başa çatıb.

Özbəkistan qanunlarına görə, səsvermə günü səs verə bilməyən ölkə vətəndaşları bunu əvvəlcədən etməlidirlər.  Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, ümumilikdə seçkilərdə 21,5 milyon seçici iştirakı gözlənilir.

Özbəkistanda prezident seçkiləri dekabrın 4-də keçiriləcək. Prezident postu uğrunda 4 nəfər mübarizə aparacaq. Bunlar Liberal-Demokrat Partiyasının namizədi, prezident səlahiyyətlərini icra edən Şavkat Mirziyoyev, Milli-Demokrat Partiyasının namizədi Sarvar Otamuradov, Sosial-Demokrat Partiyasının lideri Nariman Umarov və Milli-Demokrat Partiyasının lideri Xotamjon Ketmonovdur.

Özbəkistanda olkə başçısı 5 il müddətinə seçilir.

Gununsesi.info