Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq

  • By admin
  • 10 Oktyabr 2019 12:43

Gələn ildən etibarən Özbəkistan xarici ölkələrə xam pambıq satmayacaq. Məhsulun hamısı ölkədə emal ediləcək.

Gununsesi.org xəbər verir ki, bu barədə Özbəkistanın İnvestisiyalar və Xarici ticarət naziri Sardor Umurzakov jurnalistlərə bildirib. O qeyd edib ki, xarici ölkələrə hazır toxuculuq məmulatları ixrac ediləcək.

S.Umurzakov deyib: “Bu il Özbəkistandan xarici ölkələrə 2 milyard dollardan çox toxuculuq məmulatları ixrac olunacaq, 2025-ci ilə qədər isə bu rəqəm 8 milyarda yüksələcək”.

O bildirib ki, Özbəkistan xarici ölkələrə xam pambıq satışını getdikcə azaldır. Belə ki, 2010-cu ildə xaricə 1,5 milyard dollar həcmində xam pambıq satılmışdısa, 2015-ci ildə bu rəqəm 736 milyon dollara qədər azalıb, keçən ilin göstəricilərinə görə isə 222 milyon dollar təşkil edib.

 

 

 

Gununsesi.org