Övladı Rusiyada qalan ana Əli Əsədovdan kömək istədi –UŞAĞIM SAHİBSİZ QALIB

Övladı Rusiyada qalan ana Əli Əsədovdan kömək istədi –

Rusiyada yaşayan azərbaycanlı Gülnar Ömərova xoşagəlməz halla üzləşib. Vətəndaş koronavirusla bağlı Rusiya və Azərbaycan arasında giriş-çıxış yasaqlarının qoyulmasından sonra övladına qovuşa bilmir.

Gununsesi.org-a müraciət edən Ömərova bildirir ki, Azərbaycan hökümətindən övladı üçün təcili kömək gözləyir.

Gülnar Ömərova müraciətində yazır ki, övladı Rüstəm Ömərov ilə birlikdə Rusiyada yaşayırlar. Orada qeydiyyatdadırlar. Xarici passportunun vaxtı bitdiyi üçün iki günlük Azərbaycana sənədini dəyişdirməyə gəlib.

 

“Uşağımı qonşuya qoyub sənədimi almağa gəlmişdim. Pasportumu dəyişmişdim. Qərar çıxdı ki, Rusiya artıq Azərbaycan vətəndaşlarını ölkəsinə qəbul etmir. Ancaq mənim uşağım orada qonşuda qalıb. Qonşu da mənə deyir ki, bir həftə oldu artıq sən getdiyin. Bir həftəyə gəlməsən, övladını uşaq evinə verəcəm. Yəni mənim oraya tez getməyim mütləqdir. Rusiyada uşağın atası, ya da bir kimsəm yoxdur ki, övladımı oradan götürsün. Xahiş edirəm, ya uşağı buraya-yanıma göndərsinlər, ya da məni oraya göndərsinlər. Aidiyyatı orqanlardan xahiş edirəm ki, mənə kömək edəsiniz “, – deyə o qeyd edir.

Gülnar Ömərova koronaavirusla mübarizə ilə bağlı yaradılmış Operativ Qərargahdan, onun sədri Baş Nazir Əli Əsədovdan övladına qovuşa bilməsi üçün yardımçı olmağı rica edir.

P.S. Problemin həlli üçün kömək etmək istəyən qurumlar bu mobil telefon nömrəsi ilə əlaqə saxlaya bilər: (050) 554 19 80

 

 

 

 

 

 

 

Gununsesi.org

COMMENTS