“Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib” - İnvestisiya qoyuluşu 60 faiz azalıb

  • By admin
  • 19 Oktyabr 2016 14:51

nemet

2016-cı ilin yanvar-sentyabr aylarında ölkənin iqtisadi vəsosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindənəsas kapitala 10,2 milyard manat vəsait yönəldilib.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun8,2 milyard manatı və ya 80,2 faizi məhsul istehsalıobyektlərinin, 1,6 milyard manatı (15,5 faizi) xidmət sahələriüzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumin sahəsi 1205,5 min kvadrat metr olan yaşayış evlərinin tikintisinəsərf olunub.

Ümumi sərmayənin 29,6 faizi dövlət, 70,4 faizi qeyri-dövlətsektorunun sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə vətəşkilatların vəsaitləri 7366,2 milyon manat, bank kreditləri1000,4 milyon manat, büdcə vəsaitləri 1378,9 milyon manat,büdcədənkənar fondların vəsaitləri 112,6 milyon manat, əhalininşəxsi vəsaitləri 385,8 milyon manat, sair vəsaitlər 24,8 milyonmanat təşkil etmişdir.

İqtisadçı-ekspert Nemət Əliyevin sözlərinə görə isə ilin 9 ayının statistikasına əsasən, investisiyalar ölkə iqtisadiyyatını tərk etdiyini demək olar: “Əsas səbəbi əlverişsiz siyasi, iqtisadi və hüquqi mühitdir.

İki ilə 57% və ya 8,7 milyard dollar investisiya qoyuluşu azalıb. Azalmanın 39%-iötən ilin, 60%-i isə bu ilin payına düşüb. Ötən illə müqayisədə bu il vəziyyət daha çox pisləşib”.

N.Əliyevin fikrincə, cari ilin 9 ayında bütün mənbələrdən ölkə iqtisadiyyatına yalnız 6,5 milyard dollar sərmayə yatırmaq mümkün olub: “Bir il əvvəlki vəziyyətləmüqayisədə bu il bu göstərici emal bölməsində 69%, qeyri-neft sənayesində 73%, kənd təsərrüfatında 66%, xidmət sahələrində 73% pisləşib. Hətta neft sektoruna yatırımlar da azalıb”.

İqtisadçı əlavə edir ki, əlverişli şərait təmin edilməzsə, Mərkəzi Bankın yarıtmaz pul-kredit siyasətinə son qoyulmazsa, dövlət büdcəsinin icrası sahəsində özbaşınalıq dayandırılmazsa, sahibkarların çıxışdırılması durdurulmazsa, monopoliya, korrupsiya, haqsız rəqabət yığışdırılmazsa, qanunlar işlək vəziyyətə gətirilməzsə, tənəzzülü cilovlamaq mümkün olmayacaq.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info