Oqtay Gülalıyevin son durumu haqqında həyat yoldaşı açıqladı

Oqtay Gülalıyevin son durumu haqqında həyat yoldaşı açıqladı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində irəliləyiş müşahidə olunur.

Gununsesiaz.info xəbər verir ki, bu barədə hüquq müdafiəçisinin xanımı Firuzə Gülalıyevaya açıqlama verib.

“Hər gün Oqtay Gülalıyevi yarım saat xüsusi qurğuların köməyilə ayaqüstə saxlayırlar. Gündə bir neçə dəfə isə bir saat əlil arabasında oturdurlar, – deyə xanım Gülalıyeva bildirib.

Qeyd edək ki, avto-qəza zamanı beyin əzilməsi diaqnozu qoyulan Oqtay Gülalıyev noyabrın 1-də Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb. Bir gün sonra Türkiyəyə aparılıb.

Gununsesiaz.info 

COMMENTS