Oqtay Gülalıyevdən şad xəbər var: Xanımı danışdı

Oqtay Gülalıyevdən şad xəbər var: Xanımı danışdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətində mühüm dəyişiklik yoxdur. Əvvəlkitək gözlərini açır, yanında danışanda eşidir, amma beyin oyanıqlığı hələ baş verməyib. Bu barədə İstanbulda “Amerika hospitalı”nda müalicə olunan fəalın xanımı Firuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyev tibbi prosedur olaraq gündəlik həkimlərin nəzarəti altında yarım saata kimi ayaq üstə saxlanılır, oturduğu halda saxlanması isə bir az uzun çəkir.

“Həkimlər şüur oyanıqlığının nə zaman baş verə biləcəyini deyə bilmirlər. Prosesin bu qədər uzun çəkməsini isə qəzadan sonra tibbi əməliyyatın çox gec olunması ilə izah edirlər”, – F. Gülalıeva deyib.

Xatırladaq ki, 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində hüquq müdafiəçisini avtomobil vurması nəticəsində başından ağır kəllə-beyin travması alıb. Ertəsi gün ona neyrocərrahiyyə əməliyyatı edilib, amma artıq beyinə geniş qan sızması baş vermişdi.

Xəbər amerikaninsesi.org xəbər saytında dərc edilib.

 

Gununsesi.org

COMMENTS