Onun ani ölümü Nebahat Çehrəni şok etdi - MƏŞHUR AKTRİSA DƏRİN KƏDƏR İÇİNDƏDİR

  • By admin
  • 10 Aprel 2017 20:43

nebahat-cehre

Son olaraq üç il əvvəl “Kara Para aşk” serialında kamera qarşısına keçən Türkiyənin məşhur aktrisası Nebahat Çehrə sürpriz bir proyektlə sevənlərinin qarşısına çıxacaq.

Gununsesi.info-nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, ssenariləri bəyənmədiyi üçün dizi təkliflərini rədd edən aktrisa televiziya proqramı çəkir. Nebahat Çehrə verilişinin ilk bölümündə “Aşk-ı Memnu” serialında rol yoldaşları olan gözəl aktrisa Beren Saat və Selçuk Yöntemi qonaq edib. Saat yarımlıq çəkilişdə gündəm mövzuları müzakirə edilib.

Qeyd edək ki, 13 bölümdən ibarət olan layihənin ilk bölümünü fevral ayında ürək çatışmazlığından dünyasını dəyişən rejissor Ayşe Ersayın çəkdiyi öyrənilib. Rejissorun ani ölümüylə şok olan Çehrənin dərin kədər içində olduğu bildirilir. Hələlik heç bir kanalla müqavilə bağlamayan aktrisa kanal rəhbərləri ilə görüşməyə davam edir. O, həmçinin yeni rejissor axtarışına da çıxıb.

Gununsesi.info