“Onlara yenidən 190 manat verilməlidir” – Deputat vətəndaşlara yardım edilməsini təklif edir

  • By admin
  • 19 İyun 2020 17:55

Bu gün əsas müzakirə 2 həftəlik sərt karantin rejiminin tətbiq olunmasıdır. Düşünürəm ki, bu addım insanların sağlamlığının qorunması üçündür. Hesab edirəm ki, Milli Məclis də bununla bağlı müraciət ünvanlamalıdır.

Gununsesi.org Teleqraf.com saytına istinadən xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Əli Məsimli deyib.

Ə. Məsimli bildirib ki, karantin rejimi təkcə sağlamlıq deyil, həm də sosial və iqtisadi məsələdir:

“Əvvəlki karantin rejimində insanlara müəyyən yardım edilərək, 190 manat verildi. Sonradan karantin yumuşaldıldığı üçün bu məsələ gündəmdən çıxdı. Amma indi yenidən həmin vəziyyətə qayıdırıqsa, bu məsələyə də baxılmasına ehtiyac var.

Düşünürəm ki, Məşğulluq Mərkəzlərində işsiz kimi qeydiyyatda olanlara yenidən 190 manat yardım verilməlidir. Bundan əlavə, koronavirusun zərər vurduğu sahələrlə bağlı da güzəştli addımlar atılmalıdır”.

Gununsesi.org