Ondan ayrılmaq istəyən sevgilisini öldürüb yandırdı - FOTO

  • By admin
  • 18 Fevral 2020 15:15

Türkiyənin Afyonkarahisar vilayətində bir həftə əvvəl itkin düşən qadının meyiti tapılıb.

Gununsesi.org bildirir ki, “Demirören Haber Ajansı”nın (DHA) yaydığı xəbərə görə, 44 yaşlı qadın sevgilisi tərəfindən öldürülüb.

Belə ki, iki uşaq anası D.S. fevralın 11-də işdən çıxandan sonra itkin düşüb. Qohumlarının müraciəti əsasında polis araşdırma aparıb. Nəticədə, qadının meyiti bir həftə sonra yarısı yanmış vəziyyətdə şossenin yanındakı çuxurda tapılıb.

Məlum olub ki, sevgilisi A.C. ondan ayrılmaq istəyən D.S.-nı bıçaqlayaraq öldürüb. Daha sonra o, tanınmaması üçün cəsədi yandırıb.

Faktla bağlı araşdırma davam edir.