Ölülər də danışır: Alimlərdən inanılmaz kəşf! – 3000 yaşlı mumiya "danışdı" - VİDEO

  • By admin
  • 24 Yanvar 2020 18:57
Alimlər 3000 il əvvəl mumyalanmış Misirli bir rahibin səsini süni səslər vasitəsilə həyata qaytarıblar.
Rahibin qəddar hökmdar XI Ramsesin hakimiyyəti dövründə yaşadığı bildirilir. Qədim Misirin Vaset şəhərində keşiş olan Nesyamun, dini rituallar, o cümlədən mahnı oxumaq üçün güclü səsi vardı. Alimlər 3 min il sonra Nesyamunun səsini yenidən canlandırıblar.

Gununsesi.org-un BBC Türk-ə istinadən xəbərinə görə, Nesyamunun səsi üçölçülü printerlə kopyalanaraq günümüzə gətirilib. Araşdırmalar nəticəsində tədqiqatçılar ‘e’ saitinə bənzər səs əldə etməyə müvəffəq olublar.

Elm adamları gələcəkdə kompüter proqramları vasitəsilə Nesyamunun səsindən cümlələr çıxarmağa ümid edirlər.

Gununsesi.org