Ölmüş adamın paltarına, üzüyünə toxunmaq üçün qüsl almaq lazımdırmı? - CAVAB

  • By admin
  • 28 Oktyabr 2018 22:33

Ölmüş adamın paltarına, barmağından çıxarılmış üzüyə toxunmaq, ölüyə toxunmuş adama toxunmaq üçün də qüsl almaq lazımdırmı?

İslam şəriətinə görə bədəni soyumuş və hələ qüslü verilməmiş cənazəyə toxunan şəxsin öhdəsinə qüsl gəlir. Yalnız bu qüslü etdikdən sonra o, namaz qıla bilər. Meyitin dırnağına də toxunmaq qüslə səbəb olur. Hətta diri şəxsin dırnağı meyitin dırnağına toxunsa, qüsl almalıdır. Cənazəyə qəsdən və ya qeyri-ixtiyari toxunmağın fərqi yoxdur. Meyitə toxunma qüslü yalnız cənazənin özünə toxunduqda vacib olur. Ölüyə aid olan əşyaya, hətta onun əynində olan və ya olmayan geyimə də toxunulsa, qüsl almaq lazım deyil. Meyitə toxunma ötürməklə keçməz. Bir şəxs ölüyə toxunarsa, yalnız onun özünə qüsl vacibdir, istər quru, istərsə nəm halda başqa bir şəxslə təmasda olsa, ikinci şəxsə qüsl vacib olmaz.

az.islam.az