Ölməmək üçün sınmış ayağı ilə on saat süründü

  • By admin
  • 25 Fevral 2020 17:18

ABŞ-ın Vaşinqton ştatında ayağı sınan idmançı köməksiz vəziyyətdə on kilometr sürünüb.

Gununsesi.org bildirir ki, “Mirror” nəşrinin yaydığı məlumata görə, 26 yaşlı idmançı Jozef Olendorf “Olimpik” milli parkında qış qaçışı zamanı yıxılaraq ayağını sındırıb.

Həmin ərazidə mobil telefonunun dalğası tutmayan Olendorf kömək çağıra bilməyib.

 

Soyuq havada donub ölməmək üçün o, on kilometr qarlı və palçıqlı daş yolu sürünərək gedib. Əynində yalnız şort və qolsuz köynək olan Olendorfun dizləri qana boyanıb. On saatdan sonra xilasedicilər tərəfindən tapılan həmin şəxs ailəsini ölümü ilə məyus etməmək üçün sağ qalmağa çalışdığını deyib.

Onu ilk yardım göstərildikdən sonra helikopterlə xəstəxanaya çatdırıblar.
Gununsesi.org