“Ölmək istəmirəm” – Könül Xasıyeva

  • By admin
  • 22 May 2020 11:36

Xalq artisti Könül Xasıyevanın səhhətində yenidən problem yaranıb.

Gununsesi.org xəbər verir ki, hazırda Şəkidə olan xanəndə müalicələrini davam etdirdiyini vurğulayıb.

Xasıyeva sistem vurdurarkən fotosunu İnstaqramda paylaşıb. O, şəklinə “Allahın yazısına pozu yoxdur. Amma Kazımın (oğlu – red.) toyunu görmədən ölmək istəmirəm” sözlərini yazıb.

Qeyd edək ki, muğam ifaçısı onurğa iflicindən əziyyət çəkir. K.Xasıyeva bir müddət əvvəl açıqlamasında dəhşətli ağrıları olduğunu demişdi.

Sənətçi xəstə anasına baxmaq üçün uzun müddətdir Şəkidə qalır.

 

Gununsesi.org