Ölkə başçısı Cavid Qurbanovla dəmir yolunun açılışında — FOTOLAR

  • By admin
  • 18 Mart 2020 15:14

Martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub.
Gununsesi.org AZƏRTAC-a istinadla xəbər verir ki, ölkə başçısı İlham Əliyev açılışda iştirak edib.
Dövlət başçısı Pirşağı stansiyasından qatarla Görədil dayanacağına yola düşüb.
Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Gununsesi.org