Oktay Gülalıyevin kəllə sümüyünün bir hissəsi götürülüb

  • By admin
  • 18 İyun 2020 17:40

 

Türkiyənin İstambul şəhərindəki “Amerika Xəstəxanası”nda müalicə alan Oktay Gülalıyev növbəti əməliyyata hazırlaşır.

Gununsesi.org-a bu barədə onun həyat yoldaşı Firzuzə Gülalıyeva bildirib.

Onun sözlərinə görə, O.Gülalıyev 2019-cu ilin dekabrında müalicə aldığı “Amerika Xəstəxanası”nda həkimi tərəfindən əməliyyat edilib: “Səbəb də bu idi ki, Oktayda kəllə sümüyünün bir hissəsi götürülüb və yerinə süni cisim qoyulub. İndi həmin cisim götürülməli, onun yerinə sümük qoyulmalıdır”.

Xatırladaq ki, O.Gülalıyev artıq baş beyindən bir neçə dəfə əməliyyat olunub. İlk əməliyyat ötən ilin oktyabrında gecikmə ilə Bakıda keçirilib. Vəziyyəti pisləşdikdən sonra hüquq müdafiəçisi xüsusi təyyarə ilə İstanbula aparılıb, orada fərqli klinikalarda iki dəfə əməliyyat olunub.

Növbəti, dördüncü əməliyyatın nə vaxt keçiriləcəyi hələ məlum deyil, deyən həyat yoldaşı qeyd edib ki, Gülalıyevin vəziyyəti stabil olaraq qalır. Hüquq müdafiəçisi hələ də tam özünə gəlməyib, baxmayaraq ki, əllərini hərəkət etdirir və ətrafda baş verənlərə reaksiya verir.

Xatırladaq ki, Oktay Gülalıyev 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində yol-nəqliyyat qəzasına düşüb. Həmin gün axşam Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də “Citi Hospital”da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Nevroloi Respublika Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də

Heydər Əliyev Fondunun dəstəyilə müalicəsini davam etdirmək üçün İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib.

Noyabrın 20-dən müalicəsi İstanbuldakı “Amerika Xəstəxanası”inda davam etdirilir.

Gununsesi.org