Oğurluq edən qadın tutuldu

  • By admin
  • 23 İyun 2020 13:18

Gəncədə oğurluq hadisəsi baş verib.

Bu barədə Gununsesi.org-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 13-dən iyunun 1-dək olan müddətdə Gəncə şəhər sakinləri olan 4 qadının çantalarından pul, sənəd və mobil telefon oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənova saxlanılıb.

Gununsesi.org