Obamadan etiraf - "ABŞ 1964-cü ildən 1973-cü ilə qədər Laosa 2 milyon ton bomba atıb"

  • By admin
  • 07 Sentyabr 2016 10:28

160906-obama-laos-rd-140a_b285fdc9cab2a3fec9e90475f2f63512.nbcnews-fp-1200-800

Cənub-Şərqi Asiya Ölkələr Birliyi (ASEAN) 2016 Liderlər Zirvəsi üçün Laosun başkəndi Vientianeyə gedən ABŞ prezidenti Barak Obama orada bəzi etiraflarda bulunub.

Gununsesi.info xəbər verir ki, o, mindən çox öyrənci, iş adamı və yetkiliyə səsləndiyi  çıxışında, “Buradakı tariximizə baxaraq, Laosun toparlanmasının ABŞ-ın əxlaqi sorumluluğu olduğuna inanıram”-deyib.

Sonra ABŞ-ın 1964-cü ildən 1973-cü ilə qədər  Laosa 2 milyon ton bomba atdığını etiraf edən Obama, Laos xalqından üzür diləməsə də, ancaq savaşı və sonrasında yaşanan acı xatirələri anımsadaraq, “Səbəb nə olursa- olsun, niyyətlərimiz nə olursa- olsun, savaş çox böyük acılar verərək ağır bədəl ödədir“- deyə, sözlərinə əlavə edib.

Gununsesi.info