O, Mədəniyyət naziri təyin edilə bilər – ÖZƏL

  • By admin
  • 29 May 2020 10:24

Əbülfəs Qarayevin öz postundan rüsvayçı şəkildə kənarlaşdırılmasından sonra bu vəzifəyə kimin təyin ediləcəyi ilə bağlı suallar yaranıb. Mətbuatda yazılanlar arasında artıq bir sıra şəxslərin adı hallanır. Bəzi incəsənət xadimləri nazir vəzifəsində görmək istədikləri adamların adlarını dilə gətirirlər. Ancaq bütün hallarda bu məsələ ilə bağlı son qərarı dövlət başçısı İlham Əliyev verəcək.

Gununsesi.org-a verilən bir məlumatda yeni nazir ola bilmə şansında Fərəh Əliyevanın adı çəkilib.

Qeyd edək ki, Fərəh Əliyeva görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovun qızıdır. Hazırda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiridir.

 

 

Arzu

Gununsesi.org