“O, imkansız Azərbaycan və Türk vətəndaşlarına köməklik göstərən soydaşımızdır” - Deputat Fəzail Ağamalı Mənsimova dəstək verdi

  • By admin
  • 27 Mart 2020 18:50

Türkiyədə FETÖ ittihamı ilə həbs edilən tanınmış azərbaycanlı iş adamı, xeyriyyəçi Mübariz Mənsimovla bağlı bir sıra tanınmış siyasətçilərdən, ictimaiyyət və incəsənət təmsilçilərindən çoxsaylı dəstək açıqlamaları gəlir.

Gununsesi.org xəbər verir ki, deputat Fəzail Ağamalı da Mübariz Mənsimovun həbsinə təəssüfləndiyini bildirib. Həmin fikirləri sizə təqdim edirik:

“Mübariz Mənsimovla şəxsi tanışlığım 2019 cu ilin iyul ayında onun mətbuat xidmətinin rəhbəri, uzun illərdən tanıdığım və jurnalist olaraq, böyük hörmət bəslədiyim Fidan xanımın təşəbbüsü ilə baş tutmuşdur. Biz bir neçə dəfə görüşdük, birlikdə nahar və şam etdik. Dövlətimizlə, Azərbaycan – Türkiyə münasibətləri ilə bağlı xoşməralı söhbətlərimiz oldu. Görüşümüzün və münasibətlərimizin tarixi budur. Təəssüf edirəm ki, Mübariz Mənsimov Türkiyə hüquq mühafizə orqanları tərəfindən saxlanılmışdır. İnana bilmirəm ki, o Türkiyə dövlətinin əsaslarını sarsıda biləcək düşüncə və əməllərinin sahibidir. Məncə, burada bir yalnışlıq var. O, Türkiyə – Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət etməyi özünə şərəf bilən, imkansız Azərbaycan və Türk vətəndaşlarına köməklik göstərən soydaşımızdır və bununla bağlı kifayət qədər faktlar mövcuddur. Mən, bir daha Mübariz bəyin tezliklə azadlığa çıxmasını, ata və anası, övladları ilə birgə olmasını Ulu Tanrıdan diləyirəm. Yaradanımız yolunu açıq etsin!”