O, ABŞ üçün canlı bombadır – Türkiyə

  • By admin
  • 19 Yanvar 2017 19:01

 numan-1

 

Açıq şəkildə demək istəyirəm ki, FETÖ ABŞ üçün də canlı bombadır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Baş nazirinin müavini Numan Qurtulmuş deyib.

Türkiyə rəsmisi güman edir ki, rəsmi Vaşinqton Güləni öz ölkəsində uzun müddət saxlamayacaq.

Qurtulmuş prezident Donald Trampın ABŞ-ın Yaxın Şərq siyasəti ilə bağlı ciddi islahatlar aparacağını da bildirib:

“Seçim edəcəklər. ABŞ hökuməti dövlətin daxili işlərinə qədər müdaxilə etmiş şəbəkəyə havadarlıq etməkdənsə güclü Türkiyə ilə əməkdaşlıq etməsi məqsədəuyğundur. Heç bir siyasətçi romantik düşünməz. ABŞ PYD-ə ilə məsafə saxlamalı və FETÖ-nu ekstradisiya etməli, yaxud da bir müddətlik nəzarətdə saxlamalıdır”.

 

Gununsesi.info