Nyu Yorkda koronavirusa yoluxanların sayı artdı

  • By admin
  • 08 Mart 2020 09:46

ABŞ-ın Nyu York şəhərində koronavirusa yoluxanların sayı sürətlə çoxalır.

Gununsesiaz.info “Report”a istinadən xəbər verir ki, gün ərzində virusa yolunaların sayı iki dəfə artaraq 76-ya yüksəlib.

Bu səbəbdən şəhərdə fövqəladə vəziyyət elan olunub. Restoranlar, kafelər və insanların həftəsonu kütləvi şəkildə getdikləri əyləncə mərkəzləri boşalıb.

Nyu York şəhərinin qubernatoru Endryu Kuomo virusa yoluxanların sayının sürətli artması ilə əlaqədar əhaliyə müraciət edərək vurisdan qorunmaq üçün gigyenik qaydalara əməl olunmasını xahiş edib. Bununla yanaşı, qubernator sakinlərə ehtiyac olmadığı təqdirdə evdən çıxmamağı məsləhət görüb.

Bu gün Nyu Yorkun küçələrində və ictimai nəqliyyatlarda çox az insana rast gəlmək mümkündür. Koronavirusla əlaqədar bir çox iş yerləri fəaliyyətini dayandırıb.

Nyu York da daxil olmaqla, ABŞ-ın Vaşinqton, Florida və Kaliforniya ştatlarında ümumilikdə 377 nəfərdə virus aşkarlanıb.

Qeyd edək ki, 8 milyon əhalisi ilə Nyu York Birləşmiş Ştatların ən çox əhalisi olan şəhəridir.

Xatırladaq ki, koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 99 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 103 min nəfəri ötüb. Onların 58,5 min nəfəri sağalıb, 3,5 mindən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

 

 

Gununsesiaz.info