Nyu-York merinin qızı aksiyada saxlanıldı

  • By admin
  • 01 İyun 2020 15:29

ABŞ-da polis tərəfindən öldürülən Corc Floyda görə davam edən etirazlarda saxlanılanlar arasında Nyu-York meri Bill de Blazionun qızı Çiara de Blazion da var.

Gununsesi.org CNN-ə istinadən xəbər verir ki, o, Nyu-Yorkun Brodvey və 12-ci küçələrinin kəsişməsində 100 nəfərlik bir qrupla yürüş edərkən saxlanılıb.

Nümayişçilərin polis tərəfindən “qanunsuz toplaşmaya”ya görə saxlanıldığı qeyd olunub.

 

 

Gununsesi.org