Nüşabə Ələsgərli efirdə ağladı - "QISA ZAMAN KƏSİYİNDƏ İKİ DOĞMAMI İTİRDİM. ÖZÜMƏ QAPANDIM" - VİDEO

  • By admin
  • 06 Aprel 2017 07:53

nusabe elesgerli

Tanınmış müğənni Nüşabə Ələsgərli ARB TV-nin “Gəlin danışaq” verilişinə maraqlı açıqlamalar verib. 

Gununsesi.info xəbər verir ki, o, verdiyi itkilərdən danışan zaman göz yaşlarını saxlaya bilməyib və efirdə ağlayıb:

“Çox qısa zaman kəsiyində iki doğmamı itirdim. Özümə qapandım. Mənə deyirlər ki, niyə efirə çıxmırsan? Çıxa bilmirəm, bilirəm ki, ağlayacam. Anam heç vaxt məni qoymazdı ki, ağlayam. Bu formada görünmək istəmirəm. Efirə belə çıxmaqdansa, çıxmamaq yaxşıdır. Əvvəl lap pis idim. Zaman yaraları sağaltmır. Bacım mənə Kisa deyirdi. Film mahnıları oxumağımı istəyirdi. Onun sözü ilə “Uşaqlığın son gecəsi”ndəki mahnını 1995-ci ildə oxudum. Çox adam heç onun sözünü bilmirdi. Məni kökəlməyə qoymurdu. Bir bacım mənə Kisa, digər bacım Hədiyyə, anam isə Söylü deyirdi”.

Gununsesi.info