Nurməhəmmədovun menecerindən onun karyerasını bitirməsi xəbərinə REAKSİYA

  • By admin
  • 12 İyul 2020 14:23

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədovun meneceri Əli Əbdül-Əziz idmançının karyerasını tezliklə bitirə biləcəyi barədə məlumatlara münasibət bildirib.

Gununsesi.org xəbər verir ki, bu barədə o, özünün “Twitter”dəki səhifəsində bildirib.

“Rusiyanın bəzi KİV-ləri guya mənim Həbibin karyerasını bitirdiyini dediyimi yazıblar. Bu ağ yalandır. Həbib atasının ölümünə kədərlənir. İstəyirəm ki, hamı bu vəziyyətə hörmətlə yanaşsın və yanlış xəbərlər verməsin”, – Əbdül-Əziz “Twitter”dəki hesabında yazıb.

Qeyd edək ki, Rusiya mediasında Həbib Nurməhəmmədovun atasının ölümünə görə karyerasını bitirə biləcəyi barədə məlumatlar yayılıb. Döyüşçünün atası Abdulmanap Nurməhəmmədov 3 iyulda koronavirus infeksiyasından ölüb.

 

 

Gununsesi.org