Novak Cokoviç koronavirusa yoluxub

  • By admin
  • 23 İyun 2020 17:06

Dünyanın ən güclü tennisçilərindən olan Novak Cokoviç koronavirus infeksiyasına yoluxub.

Gununsesi.org-un məlumatına görə, serbiyalı tennisçinin testi müsbət çıxıb.

Bu səbəbdən 33 yaşlı Cokoviç karantinə alınıb və müalicəsinə başlanılıb.

Qeyd edək ki, Novak Cokoviç 17 dəfə “Böyük dəbilqə” turnirlərinin qalibi olub.

 

 

Gununsesi.org