Notr-Dam kilsəsində yanğından sonra ilk ibadət mərasimi keçiriləcək

  • By admin
  • 10 İyun 2019 21:08

Fransanın paytaxtında yerləşən Notr-Dam kilsəsində yanğından sonra ilk ibadət mərasimi iyunun 15-16-da keçiriləcək.

Gununsesi.org RİO “Novosti”yə istinadən xəbər verir ki, bu barədə kilsənin baş keşişi Patrik Şove həftəlik “Famille chretienne”ə bildirib.

“Tarix simvolik seçilib. Bu, kilsənin təqdis edilməsi tarixdir”, – P.Şove deyib.

Qeyd edək ki, aprelin 15-də gecə saatlarında Notr-Dam-de-Pari kilsəsinin tarixində ən güclü yanğın baş verib. Nəticədə kilsənin spili (uzun nazik çıxıntı) aşıb. Fransa prezidenti Emmanuel Makron beş ilə Notr-Damı bərpa edəcəyinə söz verib.