Norveçdə benzin neçəyədir? -İDRAK ABBASOV YAZIR

  • By admin
  • 13 Yanvar 2017 13:47

idrak

Norveçdə yaşayan tanınmış jurnalist İdrak Abbasov özünün sosial şəbəkədəki səhifəsində bu ölkədə yanacağın qiyməti ilə bağlı qeydlərini bölüşüb.

Gununsesi.info jurnalistin həmin statusunu təqdim edir:

“Norveçdə bir litr benzin (dizel de demək olr ki, eyni qiymətədir) təxminən 2,5-3 manatadır. Yəni, qiymətlər sabit deyil. Xususilə bazar günləri və bazar ertesi saat 12.00 qeder butun yanacaqdoldurma məntəqələrində endirim olur. Dizel və benzinin qiymətinin baha saxlanılması dövlət siyasətidir. Çünki dövlətin strateji planı 2025-ci ilə qədər bütün dizel ve benzinlə işləyən avtomobillərdən imtina edib, eko və elektrik avtomobillərinə keçməkdir. Bunun üçün elektromobillərdən istifadə etmə edənlər üçün çoxsaylı güzəştlər də var.

Məsələn, onlar illi avtomobil vergisi vermir, məsələn məndə dizelle işləyən minivendir – Toyota, hardasa 700 manat verirəm. Elektrik maşınları üçün bütün yollar pulsuzdur ve hetta tixacda durmaq derdleri de yoxdur. Chunki, onlar avtobus və  taksi üçün nəzərdə tutulan zolaqlardan da istifadə hüququna malikdir. Yəqin bilənlər bilir ki, Norveçdə demək olr ki, hər bir şəhərə, filkeye (quberniya) giriş-çıxış pulludur.

Məsələn, Osloya girish və çıxış təxminən 14 manatdir. Avtomobili park etmək də pulsuzdur və ustəlik həm də avtomobil parkda olanda pulsuz “zaryadka” olur. Hə, az qala yaddan çıxacaqdı, Norveçdə minimum əmək haqqı da təxminən 3 min manatdır”.

 Gununsesi.info