Niyam Salami müflis oldu –VİDEO

Niyam Salami müflis oldu –

“Niyam kasıblayıb. Müflis oldum”.

Oxu.Az xəbər verir ki, bu sözləri məşhur müğənni Niyam Salami “ATV Maqazin 10larla” proqramına verdiyi müsahibədə deyib.

Maddi vəziyyətinin pisləşdiyini görən sənətçi çıxış yolunu bankdan borca pul götürməkdə görüb:

“İş görmək üçün bankdan 10 min dollar pul götürdüm. Amma pulu qaytarmaqda əziyyət çəkirəm”.

Niyam aşpazlığını başına qaxınc edən həmkarlarını “ağ yuyub, qara sərib”:

“Saxtalıqdan və belə insanlardan zəhləm gedir. Heç kimə səsimi güclə qəbul elətdirməmişəm”.

Konsert vermək eşqi ilə alışıb-yanan müğənni üzünü təşkilatçılara tutub onları ittiham edib:

“Heç bir sponsorun qapısını döyüb deməmişəm ki, konsert etmək istəyirəm, sponsorluq edərsən? Əgər bunu desəm, həmin günün başına daş düşsün. Kül mənim də başıma ki, həmin sponsorun qapısına gedib ondan nəsə istəyirəm. Sponsor özü görmür ki, Niyam kimi bir müğənni var?!”

 

Gununsesi.org

COMMENTS