Neymar itləri ilə məşq etdi - VİDEO

  • By admin
  • 05 Aprel 2020 15:35

Fransa PSJ-sinin və Braziliya milli komandasının futbolçusu Neymar həyətində məşq edib.

Gununsesi.org-un məlumatına görə, braziliyalı hücumçuya iki iti rəqib olub. Üçüncü it isə onlara heç tamaşaçı kimi də maraq göstərməyib.

Qeyd edək ki, bu mövsüm Neymar Fransa Liqa 1-də 13 qol və 6 məhsuldar ötürmə müəllifi olub. 28 yaşlı forvard digər yarışlarda – Çempionlar Liqası, Fransa Liqa Kuboku və Fransa Kubokunda 7 qarşılaşmada 5 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Gununsesi.org