“Neftçi” “Zirə”ni darmadağın etdi

  • By admin
  • 20 Oktyabr 2019 19:11

Bu gün Azərbaycan Premyer Liqasında 8-ci turun daha bir oyunu keçirilib.

Gununsesi.org xəbər verir ki, “Neftçi” doğma azarkeşləri önündə “Zirə”ni qəbul edib.

Qarşılaşma “ağ-qaralar”ın 3:0 hesablı qələbəsiylə başa çatıb.

20 oktyabr (bazar)

Azərbaycan Premyer Liqası, 8-ci tur

17:00. “Neftçi” – “Zirə” – 3:0
Qol: Dario Federiko, 27, Dabo, 46, Stiven Monroz, 77
Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev.

“Bakcell Arena”

 

 

Gununsesi.org