“Neftçi” “Sabah”ı 4 cavabsız qolla məğlub etdi

“Neftçi” “Sabah”ı 4 cavabsız qolla məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun daha bir oyunu keçirilib.

Gununsesiaz.info-nun məlumatına görə, günün ikinci matçında “Neftçi” “Sabah”ı qəbul edib. “Bakcell Arena”da təşkil olunan qarşılaşma meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Flaqmanın qollarını 6-cı dəqiqədə Saman Nərimancahan, 49-cu dəqiqədə Anton Krivotsyuk, 62-ci dəqiqədə Baqali Dabo, 90+1-ci dəqiqədə isə Mirabdulla Abbasov vurub.

İkinci yerdə qərarlaşan “Neftçi” xallarının sayını 37-ə çatdırıb. “Sabah” isə 21 xalla 5-ci sıradadır

Qeyd edək ki, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı 5:0 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Səbail” – “Zirə” və “Keşlə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

 

 

Gununsesiaz.info

COMMENTS