“Neftçi” – “Keşlə” oyunundan sonra insident yaşandı

  • By admin
  • 16 Fevral 2020 21:11

Azərbaycan Premyer Liqasının XVII turunun “Neftçi” – “Keşlə” oyunundan sonra insident yaşanıb.

Gununsesi.org-un məlumatına görə, qonaq komandanın futbolçusu Vüsal İsgəndərli əsəblərinə hakim ola bilməyib.

Yarımmüdafiəçi paltardəyişmə otağına yollanarkən əlindəki butsları hirslə divara çırpıb.

Qeyd edək ki, oyun “Keşlə”nin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

 

Gununsesi.org