“Neftçi” fəaliyyətini dayandırdı

  • By admin
  • 14 Mart 2020 14:19
“Neftçi” Peşəkar Futbol Klubu fəaliyyətini müvəqqəti dayandırıb.
 Gununsesi.org xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı açıqlama yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar, “Neftçi” PFK kollektivin sağlamlığını nəzərə alaraq, infeksiyaya yoluxmaq riskini azaltmaq məqsədi ilə bütün fəaliyyətini bir neçə müddətə dayandırıb.
Klub növbəti addımlar haqqında ictimaiyyətə məlumat veriləcəyini vurğulayıb.

Gununsesi.org