Nazirliyin yanında ac-susuz yatan gənclə bağlı –  YENI XƏBƏR

  • By admin
  • 15 Sentyabr 2016 20:25

genc

 

26 yaşlı Aqşin Mustafayev 1 həftədən çox aclıq aksiyası keçirib. O, hər gün səhər 11:00-daƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaxınlığındakı parka gəlib və axşam saat 19:00-a qədər orada əyləşib. Buna səbəb isə Binəqədi Rayon Məşğulluq Mərkəzindən işsizlik müavinəti ala bilməməyi olub.

Gununsesi.info xəbər verir ki, öz hüquqları uğrunda mübarizəni aclıqda görən gəncin problemi həllini tapıb. Bu haqda A.Mustafayev özü məlumat verib: “Şikayətimlə əlaqədar müvafiq dövlət qurumunun rəhbərliyi tərəfindən qəbul olundum. Mənə izahat verildi. Heç bir tələb qalmadı və bununla aclıq aksiyasını dünən, yəni sentyabrın 14-də bitirdim. Aclıq aksiyasına görə bəzi orqanlarımda ağrılar var. Amma sonda haqlı istəyimə nail olduğum üçün sevinirəm. Bu müddətdə mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm”.

Aqşin Mustafayev qeyd edib ki, o, quruma işsizlik statusu almaq üçün müraciət edib. Onu bir neçə yerə göndəriblər, amma vakansiya olmayıb. Beləliklə avtomatik işsiz sayılıb və qanuni müavinəti üçün mübarizə aparıb.

 

Gununsesi.info