Nazirlikdən mətbuataXƏBƏRDARLIQ

Nazirlikdən mətbuata

nazirlik

Müdafiə Sənayesi Nazirliyi iyulun 26-da Şirvan “Araz” zavodunda baş vermiş hadisə ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlara öz etirazını bildirir.

Gununsesi.info Müdafiə Sənayesi Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, partlayışla bağlı kütləvi informasiya vasitələri həqiqətə uyğun olmayan əsassız və qərəzli məlumatlar yayırlar, bu da heç bir jurnalist etikasına sığmır. Müdafiə Sənayesi Nazirliyi (MSN) xəbərdarlıq edir ki, məlumat yayarkən nazirliyin mətbuat katibliyindən verilən məlumatlara istinad edilməlidir. Əks halda nazirlik öz hüquqlarını qorumaq üçün müvafiq qaydada məhkəmə orqanlarına müraciət edəcək. Hazırda hadisə zamanı xəsarət alan iki nəfərin müalicəsi isə davam etdirilir.

ANAR

Gununsesi.info

COMMENTS