Nazirlər Kabineti rəsmisindən rayonlara gediş-gəlişin bərpası ilə bağlı ÖNƏMLİ AÇIQLAMA

  • By admin
  • 18 May 2020 18:05

“Rayonlara gediş-gəlişin bərpası və sərhədlərin açılması məsələsi sanitar epidemioloji vəziyyətdən asılıdır”.

Gununsesi.org-un məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O qeyd edib ki, mütəxəssislər nə zaman qərar versə ki, gediş gəliş təhlükəli deyil, o zaman həm rayonlara gediş-gəliş, həm də sərhədlər açılacaq.

Gununsesi.org