Nazir müavini və generallar Tehrana yollandı: İran-Azərbaycan hərbi toplantısı keçirildi

  • By admin
  • 26 Fevral 2020 16:22

Çərşənbə günü Tehranda İran SQ-nin Baş Qərargah binasında iki ölkənin hərbi nümayəndə heyətlərinin iştirakı ilə İran-Azərbaycan Birgə Hərbi Komissiyasının ikinci iclası keçirilib.

İclasa İran SQ Baş Qərargah rəisinin müavini general Qadir Nezami və Azərbaycan müdafiə nazirinin müavini general-leytenant Fuad Məmmədov sədrlik edib, xəbəri İRNA agentliyi yayıb.

Danışıqlar mövzusu hərbi nümayəndə heyətlərinin mübadiləsi, rəsmi şəxslərin səfərləri, birgə təlimlər, elmi-araşdırma, mədəniyyət və idman tədbirləri olub.

Tərəflər həmçinin Xəzərdə terrorizmə, insan alverinə, narkotrafikə qarşı mübarizə və Qafqaz regionunda təhlükəsizlik məsələlərinə toxunublar.

İran-Azərbaycan hərbi komissiyasının üçüncü iclası gələn il Bakıda keçiriləcək.

Xəbər Turan.az xəbər agentliyində dərc edilib.

Gununsesi.org