Elmar Məmmədyarovun oğlanları Nyu-Yorkun ƏN BAHALI yerində LÜKS mənzillərə sahibdir: Fitnes mərkəzi, qapalı hovuz, sauna və cakuzi –FOTOFAKT

Elmar Məmmədyarovun oğlanları Nyu-Yorkun ƏN BAHALI yerində LÜKS mənzillərə sahibdir: Fitnes mərkəzi, qapalı hovuz, sauna və cakuzi –

Oğlanları Nyu-Yorkun ən bahalı bölgəsində yaşayır…

Gununsesi.org xəbər verir ki, Turan-ın Vaşinqton müxbirinin Nyu-York Vergi Departamentinə istinadən əldə etdiyi məlumata görə, 2015-ci ilin yayında nazirin böyük oğlu Emin Məmmədyarov Manhettendə ümumilikdə 4,2 mln. ABŞ dollarından bir qədər çox nağd pul ödəməklə bir yox, iki mənzil alıb. Əvvəlki məlumatlarda onun bir mənzil aldığı qeyd edilirdi. Yada salaq ki, bu məsələni araşırmaçı jurnalist Cavanşir Həsənli gündəmə gətirib:

“Mənzil Nyu Yorkun Riverside Boulevard 120 ünvanındakı elitar binadadır və nazirin oğluna Fox Ledge LLC və Silver Fox Manhatten LLC əmlak şirkətləri tərəfindən satılıb. Mənzilin 2009-cu ildə dəyəri 1 792 000.00 dollar olub”.

Həmçinin bəlli olub ki, 2015-ci ilin iyun-iyul aylarında Emin Məmmədyarov Riversayd bulvarı, Tramp-Pleysdəki binalarda iki mənzil (PH2K və PH3K) alıb.

2004-cü ildə Tramp strukturları tərəfindən inşa edilmiş bina 21 mərtəbəlidir. Binada bütün rahatlıqlar, o cümlədən qapalı hovuz, fitnes mərkəzi, sauna və cakuzi, Qudzon çayına baxan damda xüsusi abadlaşdırılmış özəl terras var. Bu, Nyu-Yorkun mərkəzi parkına yaxındır.

Ötən il yerli sakinlərin qərarından sonra “Tramp-pleys” adı binanın fasadından çıxarılıb.

Gənc Məmmədyarovun Manhettendəki bu dəbdəbəli mənzillərə görə belə böyük məbləği necə ödədiyi məlum deyil. TURAN-ın müxbiri onunla əlaqə saxlamağa, telefonla və sosial şəbəkələrdə şərh almağa çalışsa da, cavab almayıb.

Məmmədyarovlar ailəsi Nyu-Yorkda yeni deyil, belə ki, hazırkı XİN rəhbəri 90-cı illərin əvvəllərində BMT-də Azərbaycan missiyasında, daha sonra isə Azərbaycanın Vaşinqtondakı səfirliyində çalışıb.

Son illərdə Azərbaycan XİN korrupsiya və rüşvət qalmaqallarına görə tənqid olunub, nazirin özü isə yerli KİV tərəfindən səriştəsizlikdə ittiham olunub.

 

Xatırladaq ki, nazirin 31 yaşlı oğlu Emin Məmmədyarov 2015-ci ilin iyulunda Nyu-Yorkun Manhetten səmtində, Linkoln meydanı yaxınlığında sahəsi 118,45 kvadrat metr (1275 kvadrat fut) olan mənzil alıb. Bunun üçün o mənzilə 2 050 000.00 dollar ödəyib”.

Qeyd edək ki, Elmar Məmmədyarovun digər oğlu Riyad Məmmədyarov da Nyu-Yorkda, 189 W 89th St #12D ünvanındakı göydələnlərin birində yaşayır. Riyadın Nyu-York şəhərində toyu olub. Aleks Zapalla adlı əcnəbi xanımla ailə həyatı qurub.

 

 

 

Mətbuatda qeyd edilən xəbərlərdə bildirilir ki, bütövlükdə nazirin xanımı Kamilə Məmmədyarova da ilin əsas hissəsini ABŞ-da oğlanlarının yanında keçirir və Riyad Məmmədyarovun yaşadığı mənzildə müvəqqəti qeydiyyatdadır”.

Mənzilin alınmasına dair sənədlər və yerləşdiyi binanın şəkilləri:

 

 

 

 

 

 

 

Onu da qeyd edək ki, Elman Məmmədyarovun oğlanlarının hansısa bizneslə məşğul olduğuna dair məlumat yoxdur.

Gununsesi.org

COMMENTS