Nazir: “Çindən təxliyə edilən Azərbaycan vətəndaşlarında koronavirusun əlamətləri aşkarlanmayıb

  • By admin
  • 03 Fevral 2020 22:09

Çinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

Gununsesi.org-un APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazirin sözlərinə görə, Çindən Türkiyəyə təxliyə edilən şəxslərdən, o cümlədən təyyarənin ekipaj üzvlərindən götürülən analizlərin nəticələrinə əsasən, onlarda koronavirusun əlamətləri aşkarlanmayıb.

F. Qoca qeyd edib ki, yeni test nümunələri də alınıb və bir neçə gün sonra növbəti nəticələr açıqlanacaq.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.

 

Gununsesi.org