Nazim Bəydəmirli Tovuzun kəndlərində izdihamlı görüşlər keçirir - FOTOLAR

  • By admin
  • 26 Yanvar 2020 10:42

Gununsesi.org xəbər verir ki, 104 saylı Tovuz-Gədəbəy Seçki Dairəsindən deputatlığa müstəqil namizəd Nazim Bəydəmirli seçicilərlə kütləvi görüşlərə başlayıb. Namizədin Seçki Qərargahından verilən məlumata görə, bu gün Dondar Quşçu və Bayramlı kəndlərində seçicilərlə bir araya gələn N.Bəydəmirli, seçki platforması barədə məlumat verib, yerli sakinlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.

Qeyd edək ki, 104 saylı dairədə 12 nəfərin namizədliyi qeydə alınıb. YAP bu dairədən məktəb direktoru Elnarə Məhərrəmovanın namizədliyini irəli sürüb. Bu günə qədər yalnız bir-iki namizəd kəndlərdə görüşlər keçirməyə cəhd etsə də, 10-12 nəfərdən başqa onlara maraq göstərən olmayıb.

Görüşlərindəki kütləvilikdən göründüyü kimi, N. Bəydəmirli bu dairədən favorit namizəddir. Bölgə əhalisi onu yaxşı tanıyır, inanır, dəstəkləyir. Bu da təsadüfi deyil, Nazim Bəydəmirli 2005-2010-cu illədrdə bu dairədən millət vəkili seçilib. O, beş il müddətdə Tovuz və Gədəbəy rauyonlarının bir sıra infrastrukut, kommunal problemlərinin həllinə nail olub. Habelə seçicilərin fərdi və kollektiv şəkildə qaldırdığı yüzlərlə məsələnin həlli ilə bağlı dövlət qurumlarına müraciətlər ünvanlayıb, onlara dəstək olub.

Seçki Qərargahından verilən məlumata görə, N.Bəydəmirli dairənin əksər kəndlərində seçicilərlə görüşlər keçircək.

 

Gununsesi.org