Nazarbayevin nəvəsi Londonda həbs olundu

  • By admin
  • 19 Oktyabr 2019 09:26

Londonun Sautvork bölgəsinin Kral Məhkəməsi Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevə bir illik şərti həbs cəzası verib.

Gununsesi.org rus mətbuatına istinadən bildirir ki, A. Nazarbayevin həbsinə səbəb onun polisə müqavimət göstərməsi və başqasına məxsus mülkə qanunsuz daxil olmasıdır. Bildirilir ki, məhkəmə ona iyul ayındakı insidentə görə cəza verib.

İddialara görə o, Londonun “Covent Garden” bölgəsində bir evin pəncərəsindən tullanmaq istərkən ona mane olmağa çalışan polisin əlindən dişləyibmiş.

29 yaşlı Nazarbayevə verilən hökmdə 18 aylıq sınaq müddəti və narkomaniya müalicəsi də var.

 

 

Gununsesi.org