NATO-ya yeni üzv qəbul edildi –RAZILAŞMA TƏSDİQLƏNDİ

NATO-ya yeni üzv qəbul edildi –

Şimali Makedoniya hökuməti NATO-ya üzvlük haqqında yekun sənədə imza ataraq, hərbi alyansın sıralarına qoşulub.

Xəbəri “Associated Press” agentliyi yayıb.

 Sənədə yekun imzanı Şimali Makedoniyanın prezidenti Stevo Pendarovski atıb.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, hərbi alyans özünün növbəti üzvünü sıralarında görməkdən məmnundur.

Məlumat üçün qeyd edək ki, Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkədir.

Gununsesi.org

COMMENTS