NATO Rusiyanı “Taliban”ı təchiz etməkdə ittiham edir

  • By admin
  • 24 Mart 2017 07:12

taliban

NATO və ABŞ-ın Avropadakı qoşunlarının komandanı Kertis Skaparotti Rusiyanı Əfqanıstandakı “Taliban” radikal hərəkatı təchiz etməkdə günahlandırıb.

Gununsesi.info ria.ru-ya istinadən bildirir ki, Skaparotti Senatın Silahlı Qüvvələrə dair komitəsində çıxışı zamanı “Mən son zamanlar Rusiyanın təsirinin və çox ehtimal ki, “Taliban” üçün tədarüklərin artdığını müşahidə edirəm”, – deyə qeyd edib. O, məsələ ilə heç bir təfərrüat və ya dəlil təqdim etməyib.

Qeyd edək ki, NATO-nun hazırda Əfqanıstanda 13 minədək əsgəri bar.

Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl qeyd edib ki, Moskvanın taliblərlə məhdud təmasların məqsədi onları milli barışığa qatılmağa sövq etmək və Əfqanıstandakı rusiyalıların təhlükəsizliyini təmin etməkdir.   XİN-dən bildirilib ki, Əfqanıstanın rəsmi şəxslərinin 2015-ci ildə Qətər, Çin, BƏƏ, Norveç və Pakistanda “Taliban” nümayəndələri ilə keçirdiyi müzakirələr zamanı, hərəkat faktiki olaraq Kabil tərəfindən eyni hüquqlu danışıqlar iştirakçısı kimi qəbul edilib.

Gununsesi.info